Türkiyə və ABŞ müdafiə nazirləri təhlükəsiz bölgə mövzusunda razılığa gəlməyib

4-10-2019, 07:56           
Türkiyə və ABŞ müdafiə nazirləri təhlükəsiz bölgə mövzusunda razılığa gəlməyib
Türkiyənin müdafiə naziri Hulisi Akarla ABŞ-ın müdafiə naziri Mark Esperin telefon danışığı olub. Nazirlər Türkiyənin cənubunda təhlükəsiz bölgə mövzusunda razılığa gəlməyiblər.

APA-nın yerli bürosunun xəbərinə görə, telefon danışığından sonra Türkiyə Müdafiə Nazirliyindən açıqlama yayılıb.

Açıqlamada bildirilib ki, Türkiyə tərəfi təhlükəsiz bölgə mövzusunda ərazini 30 kilometr en dairəsində terror təşkilatlarından təmizləməyi, sərhəd boyunca sülh dəhlizi yaratmağı və suriyalı qaçqınların bu ərazilərdə yerləşdirilməsini bir daha təklif edib: “Fərat Qalxanı Hərəkatında 3 mindən çox İŞİD üzvünü zərərsizləşdirən Türkiyə cənubunda terror dəhlizinin yaradılmasına icazə verməyəcəyimizi, ABŞ-dan gözləntimizin PKK/PYD/YPG terror təşkilatlarına dəstəyinə son qoyması və bu məsələlərdə geçikdirmələr davam edərsə bu əməkdaşlığın bitəcəyi bəyan edildi. Məqsəd sadəcə Türkiyənin milli təhlükəsziliyinin deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, asurilər, xristianlar və yezidilərin də təhlükəsizliyini təmin etmək və ərazidə sülh dəhlizi yaradıb suriyalı qardaşlarımızı öz torpaqlarına göndərməkdir”.

Açıqlamada daha sonra qeyd olunub ki, təhlükəsiz bölgə mövzusunda Türkiyə tərəfinin ehtiyat planlarının olması ABŞ-la strateji ortaqlığına xələl gətirməməsi, NATO-da müttəfiqlik ruhuna uyğun sülh şəraitində çözülməsi və bu bəyanın təhdid olaraq qəbul edilməməsi arzuolunandır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.