Türkiyə bu əraziyə ordu yeridir - ABŞ geri çəkilir

4-10-2019, 08:46           
Türkiyə bu əraziyə ordu yeridir - ABŞ geri çəkilir
ABŞ rəsmiləri Türkiyənin Fəratın şərqinə doğru hərbi əməliyyat başladacağından dolayı narahatdır.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit” jurnalında Qordon Lobold və Nensi Yoossef imzası ilə yayımlanan məqalədə qeyd edilib.

Bildirilib ki, ABŞ NATO müttəfiqi ilə qarşıdurmaya getməmək üçün bölgədən çəkiləcək və nəticədə İŞİD-lə mübarizə sona çatacaq:

“ABŞ dairələri bu həftə Türkiyənin Suriyanın şimal-şərqinə ordu yeridəcəyi ilə bağlı əsaslı sübutlar olduğunu bildirir, belə olacağı təqdirdə amerikalı hərbçilər üçün riskli vəziyyətin yaranacağını qeyd edirlər”.

Bundan əlavə, iddia edilir ki, Türkiyə gələcəkdə YPG-dən təmizlənəcək ərazilərə 2 milyona yaxın qaçqın yerləşdirməyi hədəfləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru