Türkiyədə apreldən bu günə kimi 608 terrorçu zərərsizləşdirilib

5-10-2019, 09:03           
Türkiyədə apreldən bu günə kimi 608 terrorçu zərərsizləşdirilib
Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları aprelin 16-dan sentyabrın 30-a kimi ölkə ərazisində terrorçuluğa qarşı əməliyyatların gedişatında 608 terrorçunu zərərsizləşdirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı bildirib.

O, qeyd edib ki, sentyabrda 184 terrorçu, o cümlədən Daxili İşlər Nazirliyi xətti ilə axtarılan 9 xüsusi təhlükəli cinayətkar zərərsizləşdirilib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyə ərazisində dinc sakinlərə və hərbçilərə qarşı terror aktları həyata keçirirlər. Dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları PKK-ı terrorçu təşkilatlar siyahısına salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru