Türkiyənin Akdeniz ərazisində 4,3 bal gücündə zəlzələ baş verib. "Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Yeraltı təkanlar Muğla şəhərinin Marmaris rayonundan 75 kilometr aralıda qeydə alınıb.
Məlumata əsasən, yerli vaxtla 17.51-də qeydə alınan təkanların ocağı 45 kilometr dərinlikdə olub.