Türkiyə Suriya ilə sərhədə əlavə qoşun və hərbi texnika toplayır

7-10-2019, 06:37           
Türkiyə Suriya ilə sərhədə əlavə qoşun və hərbi texnika toplayır
Türkiyə Suriya ilə sərhədindəki Akçakale bölgəsinə əlavə qoşun və hərbi texnika toplayır.

APA “amerikaninsesi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün türk qoşunlarının Fərat çayının şərqində hərbi əməliyyata başlamağa hazır olduğunu deyib.

Məqsəd Suriya sərhədini kürd "özünümüdafiə qüvvələri"ndən təmizləmək və orada "təhlükəsizlik zonası" yaratmaq istəyidir.

Qeyd edək ki, Türkiyə ABŞ-la Suriya ilə sərhəddində "təhlükəsizlik zonası" yaratmağı planlaşdırır. Bu məqsədlə avqustun 7-də Ankara ilə Vaşinqton arasında saziş imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru