Türkiyənin Suriyanın şimalını terrorçulardan təmizləmək qərarı İRANI NARAHAT ETDİ

7-10-2019, 18:06           
Türkiyənin Suriyanın şimalını terrorçulardan təmizləmək qərarı İRANI NARAHAT ETDİ
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında terrorçulara qarşı əməliyyata başlamaq niyyətində olduğunu bildirməsindən sonra İranın xarici işlər naziri Cavad Zərif Türkiyənin öz təhlükəsizliyini Suriyanın ərazi bütövlüyünü pozaraq təmin edə bilməyəcəyini bildirib. Maraqlıdır ki, nazir həmin ərazilərin Suriya hökumətinin yox, ABŞ-ın dəstəklədiyi YPG/PKK terrorçularının nəzarətində olduğunu qeyd eləməyi unudub.

Ərdoğanın “Sülh bulağı” əməliyyatının qapıda olduğu siqnalını verməsindən sonra İranın narahatlığını və narazılığını bildirən açıqlama verilib.

“Suriyaya daxil olmayın, sərhədə hərbçi yerləşdirin”

İranın İRNA dövlət informasiya agentliyinin verdiyi xəbərə görə, xarici işlər naziri Cavad Zərif İran məclisində özünə verilən sualları belə cavablandırıb: “Türkiyənin öz təhlükəsizliyini təmin eləməsinin Suriya sərhədindəki bölgələrinə hərbi qüvvə yerləşdirilməsi olduğunu Türkiyə tərəfinə bildirdik”.

“Türkiyənin təhlükəsizliyi Suriyanın ərazi bütövlüyü və hegemonluğuna zərər verəcək şəkildə təmin edilə bilməz”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru