Peskov:“Türkiyə Suriyanın şimalındakı əməliyyatla bağlı Rusiyanı məlumatlandırmayıb"

9-10-2019, 00:06           
Peskov:“Türkiyə Suriyanın şimalındakı əməliyyatla bağlı Rusiyanı məlumatlandırmayıb"
Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov ABŞ-ın Suriyanın şimal bölgəsindəki hərbi qüvvələrini çıxarmaq qərarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, keçirdiyi brifinqdə Peskovdan ABŞ-ın Suriyanın şimal-şərq bölgəsindəki hərbi qüvvələrini geri çəkməzdən əvvəl Rusiyaya məlumat verib-vermədiyi soruşulub.

Kremlin sözçüsü bu haqda ABŞ və ya Türkiyə tərəfindən rəsmi Moskvanın məlumatlandırılmadığını söyləyib.

Peskov Rusiya Prezidenti Vladimir Putinin Suriyada baş verən son gəlişmələr barədə türk həmkarı Rəcəb Tayyib Ərdoğan və ABŞ başçısı Donald Trampla əlaqə saxlamadığını da sözlərinə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru