Ərdoğanın Suriya ilə bağlı ŞOK PLANI üzə çıxdı

9-10-2019, 15:33           
Ərdoğanın Suriya ilə bağlı ŞOK PLANI üzə çıxdı
Türkiyənin Suriyanın şimalındakı əməliyyat planları ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Ekspertlərin sözlərinə görə, ABŞ Ankaranın Suriyanın dərinliklərinə doğru bir neçə kilometr girməsinə razılıq verib. Analitiklər hesab edir ki, Ərdoğan adminstrasiyasının Fərat çayının şərq hissəsində əməliyyat həyata keçirməkdə israr etməsində bir gizli məqam da var. Türkiyə sərhədlərinin terror dəhlizindən təmizlənərək təhlükəsizlik bölgəsinin yaradılması məsələnin görünən tərəfidir. Digər əsas məqsəd isə Türkiyə sərhədindən 32 məsafədə yerləşən “M-4” quru yolunun ələ keçirilməsidir.



Türkiyə ordusu bu yolu ələ keçirərsə, ümumiyyətlə Suriyadakı bütün terrorçulara sarsıdıcı zərbə vurulacaq. Məsələ burasındadır ki, terrorçular üçün zirehli texnikaların, silah-sursatların böyük hissəsi həmin magistral vasitəsiylə göndərilir. Məlumata görə, ABŞ-ın PYD-YPG terrorçularına göndərdiyi silahlar da bu magistraldan daşınaraq qruplaşmaya çatdırılır. “M-4” yolu İraqdan gələn yollarla birləşdiyindən strateji önəmə sahibdir. (redaktor.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.