SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər… – FOTO

9-10-2019, 15:36           
SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər… – FOTO
SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər… – FOTO
09 Oktyabr 2019 14:06 Turkustan.info

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Sülh bulağı” hərbi əməliyyatlarına start verib.

Bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən informasiya yayıb.



Agentliyin məlumatına görə, ordunun kiçik bir qrupu Tal Abyad və Ras əl-Ayn şəhərlərinə yaxın sərhəd boyu iki nöqtədən Suriya torpaqlarına daxil olub.

TRT xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə dəqiqə əvvəl əməliyyatla əlaqədar hələ hazırlıq işlərinin davam etdiyini açıqlamışdı.



Qeyd edək ki, Türkiyə ordusuna Azad Suriya Ordusunun Həmzə Tüməni ağır silahlarla dəstək verəcək.

Ceylanpınarda yerləşdiriləcək 14 min əsgər mərhələli şəkildə hərəkata qatılacaq. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru