Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 9 silahlısı məhv edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 228-ə çatıb.