Ankara Donald Trampın təhdidlərinə - CAVAB VERDİ

11-10-2019, 10:07           
Ankara Donald Trampın təhdidlərinə - CAVAB VERDİ
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, ABŞ prezidenti Donald Trampın Suriyadakı hərbi əməliyyatların başlaması ilə əlaqədar olaraq səsləndirdiyi təhdidlərə cavab verib.

Teref.az Banker.az-a istinadən xəbər verir ki, bu haqda Çavuşoğlu CNN Turk telekanalının efirində bildirib.

Nazir qeyd edir ki, hazırkı əməliyyat Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. “Təhdidlərin kimin tərəfindən irəli sürülməsindən asılı olmayaraq, bu bizim üçün təhlükəsizlik məsələsidir. Biz ölkəmiz, xalqımız, dövlətimizin gələcəyi üçün mümkün olan hər bir şeyi edirik. Bir gün başımıza nə isə gəlsə, müttəfiqlərimiz bizə dəstək verməyəcəklər. Terrorçulara qarşı təkbaşına mübarizə aparmalı olacağıq”, – Mevlüt Çavuşoğlu bildirir.

Nazir əlavə olaraq qeyd edir ki, Türkiyənin Suriya ərazisində hərbi əməliyyatları aparmağa haqqı var. Belə ki, 1998-ci ildə Ankara və Dəməşq arasında imzalanan müqavilənin şərtlərinə görə. Türkiyə terrorçulara qarşı mübarizə aparmaq hüququnu alır. Siyasətçi əməliyyatlara başlamazdan əvvəl bu barədə digər ölkələrə və beynəlxalq institutlara xəbərdarlıq etdiyini söyləyib.

Çavuşoğlu “təhlükəsizlik zonasının dərinliyi” nin 30 km təşkil edəcəyini bildirib. Əməliyyat bölgədə terrorçuların fəaliyyətinə qarşı yönəldilmişdir.

Xatırladaq ki, Türkiyə Suriyada hərbi əməliyyatlara oktyabrın 9-da başlayıb. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, əməliyyatın başlama səbəbi Vaşinqtonun bölgədə təhlükəsizlik zonasını yaratmaq vədini yerinə yetirməməsidir. ABŞ öz növbəsində türklərə dəstək verməyəcəyini və ümumiyyətlə bu əməliyyatlarda iştirak etməyəcəyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.