Türkiyəyə qarşı hücum başlayıb – Hər tərəfdən təzyiq edilir

12-10-2019, 00:02           
Türkiyəyə qarşı hücum başlayıb – Hər tərəfdən təzyiq edilir
Türkiyə ordusu oktyabrın 9-u Suriyanın şimalında "Barış bulağı" hərbi əməliyyatlarına başlayıb. Hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 342 terrorçu öldürülüb

İsveç Parlamenti Avropa İttifaqından (Aİ) Türkiyəyə silah embarqosunun tətbiq edilməsini istəyəcək. Sputnik Türkiyə xəbər verir ki, rəsmi Stokholm bu tələbi bazar ertəsi Avropa İttifaqı Xarici İşlər Nazirlərinin toplantısında səsləndirəcək.

Rəsmi Paris də gələn həftə Avropa İttifaqının liderlərini görüşündə Türkiyəyə qarşı tətbiq olunması mümkün sanksiyaların müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, "Sülh bulağı" əməliyyatının başlamasından sonra Norveç və Finlandiya Türkiyəyə hərbi ixracı təxirə salmışdı.

Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-u Suriyanın şimalında "Barış bulağı" hərbi əməliyyatlarına başlayıb. Hərbi əməliyyatları başladığı vaxtdan etibarən indiyə kimi 342 terrorçu öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru