Türk ordusu və müttəfiq olan müxalif qüvvələr bu günə qədər haraları azad edib - Tam reportaj
12-10-2019, 07:54
"İki gün davam edən döyüşlərdən sonra Türkiyə ordusu və onun tərəfində döyüşən Suriya müxalifət birləşmələri Suriyanın şimal-şərqindəki iki sərhəd şəhərini - Ras əl-Ayn və Abyadı mühasirəyə aldılar. Əl-Cəzirə televiziyası bu xəbəri cümə günü verdi. Türk ordus və müttəfiqləri bu şəhərlərin yaxınlığında yerləşən 11 yaşayış məntəqəsini nəzarətə götürdükdən sonra mühasirəni bağlaya bildilər.
Rəqqa əyalətinin şimalındakı Ras əl-Ayn bölgəsində, Türk qoşunları sənaye bölgəsinə girdilər və indi orda qalan özünümüdafiə qüvvələri (YPG) döyüşçüləri ilə atışırlar. Tell Abyad'da silahlı müxalifət qüvvələri Əl Yabs və Tell Fandarın ətrafındakı kürd milislərini qovublar.
Tel Abyad və Ras Al Ayn kürdlərinin sərhəd şəhərləri bölgəsindəki döyüşlərin gedişatından "Hərbi Müşahidəçi" -nin verdiyi xəbəri diqqətinizə çatdırıram:
"10 Oktyabr 2019-cu il tarixində, Türkiyə artilleriyası bütün sərhəd kürd bölgələrini atəşə tutdu. Təyyarələr saat 06: 00-dan etibarən hava zərbələri endirirdi. Kamışlı, Tel Abyad, Ras Al Ayn, Kobani bölgəsi və Suriyanın uzaq şimal-şərqdə Hasaka əyalətinin bölgələri bombardman edildi.
Qısa fasilələrlə atəş və hava zərbələri 8 saatdan çox davam etdi. Günortadan sonra Türkiyə tərəfdarı Suriya Milli Ordusunun (SNA) yaraqlıları, Türkiyə xüsusi təyinatlı qüvvələrinin və zirehli texnikalarının dəstəyi ilə Ras əl-Ayn və Tel Abyad bölgəsində hücumları davam etdirərək, hər iki şəhəri tamamilə mühasirəyə almağa çalışdılar.
Tel Abyadın şərqində, Türkiyə tərəfdar birliklər Bir Aşik'i nəzarət altına alaraq nəzarət bölgəsini cənuba 7 km-ə qədər genişləndirdi. Onlar sərhəd boyu şərqə tərəf 1,5 km irəliləyiblər. Tel Abyadın qərbində, günorta saatlarına qədər, Türk xüsusi təyinatlıları da Tel Fandar kəndini ələ keçirə bildilər. Sonra SNA yaraqlıları buraya girdilər və türklərlə birlikdə Yabis kəndini ələ keçirdilər.Yerli vaxtla səhər saat 6 radələrində Tel Abyad qərbdən və şərqdən bağlandı.Rəsul əl-Ayn altında SNA döyüşçüləri, Türkiyə artilleriya və MLRS dəstəyi ilə nəhayət Maja bölgəsini (Ras əl-Ayndan şərqdə) ələ keçirdilər və axşam şəhərin sənaye bölgəsinə yaxınlaşdılar. Ras əl-Ayn şəhərinin qərb kənarında, Tel Xələfin böyük kəndi alındı, bundan sonra türkiyəli qüvvələr sərhəd nəzarəti zonasını 8 km-ə qədər genişləndirməyə müvəffəq oldular. Axşam Ras Al Aynın özü artıq çətin vəziyyətdə idi. Şəhər mühasirəyə alındı, qərbə (Tel Abyad) və şərqə (Derbasiyaya) gedən yollar kəsildi. Kürdlərin nəzarətində yalnız cənubdan giriş qaldı.
Tərcümə Teref.az-ındır