Türkiyə XİN: “ABŞ Maliyyə Nazirliyi Türkiyəyə sanksiya tətbiq edərsə...”

12-10-2019, 02:38           
Türkiyə XİN: “ABŞ Maliyyə Nazirliyi Türkiyəyə sanksiya tətbiq edərsə...”
ABŞ Maliyyə Nazirliyinin "Barış Pınarı" hərbi əməliyyatı ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq edəcəyi açıqlamasına qardaş ölkədən cavab gəlib.

Teref.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy istənilən addıma qarşılıq veriləcəyini bildirib.

XİN sözçüsü hərbi əməliyyatı başlamazdan əvvəl həm ABŞ, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırıldığını vurğulayıb: “Türkiyə milli təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları ilə mübarizədədir və mübarizəni qərarlı bir şəkildə davam etdirəcəkdir. Bunun əleyhinə atılacaq hər addıma qarşı adekvat addım atacağımıza heç kimin şübhəsi olmasın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru