Pakistanın baş naziri Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəkləyib

12-10-2019, 08:08           
Pakistanın baş naziri Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəkləyib
Pakistanın baş naziri İmran Xan Ankaranın Suriyadakı hərbi əməliyyatları məsələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmrəy olduğunu və tam dəstəklədiyini bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Pakistan baş nazirinin katibliyindən verilən məlumata görə, Xan cümə günü telefon danışığı zamanı Ərdoğana dəstəyini dilə gətirib.

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, - deyə baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru