Mövlud Cavuşoğlu: “Niyə Türkiyə mübarizəni Suriyaya keçirdi”

12-10-2019, 04:09           
Mövlud Cavuşoğlu: “Niyə Türkiyə mübarizəni Suriyaya keçirdi”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Niyə Türkiyə mübarizəni Suriyaya keçirdi” adlı məqalə yazıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir məqaləsində ölkəsinin “Barış bulağı” hərbi əməliyyatına başlamasını milli təhlükəsizliklə və didərgin suriyalıların evlərinə qayıtmasına dəstək olmaqla izah edib.

Nazir yazıb ki, Türkiyənin şimal-şərqi Suriyadakı hərbi əməliyyatı Amerika mətbuatında kürdlərə qarşı hücum, İŞİD-in qalıqlarıyla mübarizəni zəiflətmək və Amerikanın müttəfiqləri nəzdindəki təhlükəsizliyə zərər vermək kimi yozulması çox məyusedicidir: “Yanlış anlayışları ortadan qaldırmaq məcburiyyətindəyəm, çünki Türkiyənin ABŞ-la 67 illik NATO müttəfiqliyi müvəqqəti, taktiki və ya müzakirəyə açıq deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru