Makqarkdan şok: Türkiyə ABŞ əsgərlərini qəsdən vurdu

12-10-2019, 09:08           
Makqarkdan şok: Türkiyə ABŞ əsgərlərini qəsdən vurdu
Türkiyə Suriyanın şimalında ABŞ-ın müşahidə məntəqəsini vurdu.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bred Makqark çıxış edib.

"Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargah Rəhbərliyinin təsdiq etdiyi kimi, bütün koordinatlarımızı bilirdi. Bu hücum yanlışlıqla ola bilməz", - Makqark vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Türkiyə ordusunun yanlışlıqla ABŞ hərbçilərinin olduğu müşahidə məntəqəsini vurduğu barədə məlumat yayılıb. Ancaq Türkiyə XİN yayılan məlumatı geniş bir şəkildə təkzib edib:

"ABŞ müşahidə məntəqəsindən təxminən min metr cənub-qərbdəki yüksəkliklərdən Suruçun cənubundakı sərhəd məntəqələrimiz DŞK-dan və toplardan atəşə tutulub. Müdafiə məqsədilə atışların həyata keçirildiyi terrorçuların mövqeləri hədəf alınıb. ABŞ-ın müşahidə məntəqəsindən söhbət belə gedə bilməz. Cavab atəşindən öncə ABŞ-ın müşahidə məntəqəsinin zərər görməməsi üçün hər cür tədbir görülüb. Məsələ ilə bağlı ABŞ tərəfinin əlaqəsindən sonra atəş dayandırılıb. ABŞ-a və koalisiyaya zərər verilməsindən qətiyyən söhbət belə gedə bilməz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.