Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır

14-10-2019, 01:27           
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır
Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat çayının şərqində keçirilən "Sülh bulağı" əməliyyatının gedişatını şərh edərkən deyib.

T.Ərdoğan bildirib: "Biz Suriya torpaqlarına göz dikməmişik. Biz Suriyanı bölmək və parçalamaq istəyənlərə maneçilik törədirik".

Türkiyə prezidenti həmçinin əməliyyat keçirilən ərazidə İŞİD terrorçularının həbsxanadan qaçması barədə yayılan məlumatları təkzib edib.

T.Ərdoğan qeyd edib ki, Türkiyə və Rusiya prezidentləri "24 saat ərzində" Suriyadakı vəziyyətlə bağlı əlaqədədirlər: "Lazımi addımları biz birlikdə atırıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru