Türkiyənin başı qarışıb, Azərbaycana hücum edək - Şirinyan

15-10-2019, 15:15           
Türkiyənin başı qarışıb, Azərbaycana hücum edək - Şirinyan
Ermənistan gərək Türkiyə-Suriya konfliktindən istifadə edib, öz təhlükəsizlik səviyyəsini artırsın.

Axar.az xəbər verir ki, bunu “Armnyus”a müshaibəsində Ermənistan hökumətinə yaxınlığı ilə seçilən erməni politoloq, Xristian Demokrat Partiyasının sədri Levon Şirinyan deyib.

O, İrəvanın vəziyyətdən istifadə edərək, Azərbaycana qarşı əməliyyat keçirməli olduğunu söyləyib:

“Naxçıvan istiqamətində aktivləşməli, mövqelərimizi nizamlamalı, Qarabağ istiqamətində irəliləməliyik. Türkiyə ordusunun hazırda problemləri mövcuddur. Bizim Baş Qərargahımız hazırda çox aktiv işləməlidir”.

Şirinyan Rusiyanın Ermənistandan asılı olduğunu və Ermənistanın Türkiyə ilə yaranan situasiyadan istifadə edərək, Gümrüdəki bazanın ləğvi məsələsini də gündəmə gətirməsi gərəkdiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru