Macarıstandan Türkiyəyə BÖYÜK DƏSTƏK: Buna hazırıq

15-10-2019, 19:05           
Macarıstandan Türkiyəyə BÖYÜK DƏSTƏK: Buna hazırıq
Əgər Türkiyə qaçqınların geri qayıda bilmələri üçün Suriyada təhlükəsizlik bölgəsi yarada biləcəksə, Macarıstan məmnuniyyətlə əməkdaşlıq etməyə hazırdır.

News12.az xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edən Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto deyib.
Szijjarto Suriyada qaçqın probleminin həll edilməsinin Macarıstanın maraqlarına uyğun olduğunu bildirib:
“Macarıstan milyonlarla qaçqının sərhədlərinə qədər gəlməsini istəmir. Əgər bizə “Türkiyə qaçqınları Suriyaya geri qaytarsın, ya Avropaya yollasın” sualını versələr, bizim cavabımız təbii ki, “Türkiyə qaçqınları Suriyaya geri göndərsin və 4 milyon qaçqın üçün Avropa qapılarını açmasın” olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru