Rusiya Türkiyəyə xəyanət etdi: Kürdlərlə anlaşdı

16-10-2019, 00:19           
Rusiya Türkiyəyə xəyanət etdi: Kürdlərlə anlaşdı
Kremlin Suriya üzrə xüsusi nümayəndəsi çərşənbə günü Türkiyənin Suriyanın şimal-şərqinə hücumunu qəbuledilməz adlandırıb və Ankara ilə Moskvanın bu əməliyyatı əvvəlcədən müzakirə etdiyi barədə deyilənləri rədd edib.

Teref.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bu açıqlamanı Putinin Əbu Dabiyə rəsmi səfəri zamanı jurnalistlərə verib.

Onun bu şərhi Türkiyənin Donald Trampın qoşunlarını gözlənilmədən geri çəkilməsindən sonra yaratdığı boşluğu doldurduğu və Birləşmiş Ştyatların sanksiyalarla bağlı təhdidlərinə məhəl qoymayaraq Suriyanın şimalına hücumlarını davam etdirdiyi vaxta təsadüf edir.

Ankaranın əməliyyatı ilə bağlı Rusiya ilə Türkiyə arasında əvvəlcədən razılığın olub-olmadığı barədə sualın cavabında Lavrentiyev belə deyib: “Xeyr! Biz hər zaman Türkiyəni təmkinli olmağa çağırmışdıq və hər zaman Suriya ərazisindəki nər növ hərbi əməliyyatı qəbuledilməz hesab etmişik.”

O, Suriya ordusunun Menbiçə və YPG-nin nəzaərtindəki bölgələrə daxil olması barədə razılaşdıqlarını dilə gətirib. /Teleqraf.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru