Suriyalı uşaqdan TÜRK ƏSGƏRİNƏ tükürpədici CAVAB: "Siz Rəsullahın ordususunuz..."
16-10-2019, 00:23
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərin qeydlərini oxuyarkən istər-istəməz bu orduya heyranlığını gizlədə bilmirsən.
Beləliklə türk əsgərinin qarşılaşdığı maraqlı hadisəni siz də oxuyun:
"Tel-Abyaddakı əməliyyatda iştirak edən igidimizin biri 2- ci gecədən sonra 1-2 saatlıq istirahət etdikləri zaman mesaj yollayıb. Yazıb ki, vəziyyətimiz yaxşıdır..
Və sonra bu sətirləri yazıb...
Oxuyarkən göz yaşlarımızı saxlaya bilmədik.
Kəndə yaxın ərazidə atışma bitmişdi. Terroristlər kəndlilərin ərzaq ehtiyatlarını alaraq silah-sursatlarını qoyub qaçıblar. Kənddə təsadüfən bir evin qapısını açdıq. Çoxusu qadın və uşaq təşkil edən bir kütlə ilə rastlaşdıq. Onlar burda toplaşıb gələcək aqibətlərini gözləyirdilər. Türklər gəldi deyə, uşaqların sevinc dolu səsləri ətrafı bürüdü.
Biz ərzaq tədarükümüzdən onlara payladıq. Onların ac olduğu hiss olunurdu. Bütün uşaqlar verdiyimiz yeməkləri yeyərkən gözüm kənarda bir küncdə çatmaqaşlı, bir az qıyılmış gözləri, üzü yaşından daha yaşlı görünən bir uşağa sataşdı bu qaranlıqda.
O bir şey yemir, sakitcə oturmuşdu. Ürəyimdə bəlkə tox olduğunu fikirləşdim. Oğlum gözümün qabağına gəldi. Yanına gedib adını soruşduq. Heydər Əli dedi.
Verdiyimiz yeməklər xoşuna gəlmədimi deyə soruşdum. O isə xoşuma gəldi deyə cavab verdi. Bəs onda niyə o yeməklərdən yemədin deyə soruşduq...
12 yaşlı uşaq içi mən qarışıq orda olanların da 12 il belə ağlına gəlməyəcək bir cavab verdi. Siz Rəsullahın ordususunuz. Mən əgər acından ölsəm uşağam deyə onsuz da Allahım məni sorğu-suala çəkməz. Amma sizin ərzaq payınızı yesəm və siz ac qalaraq bir addım geriləsəniz Allahın qarşısında bunun cavabını verə bilmərəm.
Bir anda əllərim titrədi. İki əlimlə onun yanaqlarından tutub öpdüm və qoxusunu sinəmə çəkib ay balam, ye... ye ki, sən də bu ordunun əsgəri ola biləsən dedim. O zaman haqqınızı halal edin, dedi. Sanki o anda hamımız cənazə namazında söylənildiyi kimi Həlal olsun dedik. Heydər Əlini də digər soydaşları kimi orda qoyub yolumuza davam edərkən biz sanki o kəndə ilk girişimizdəki əsgərlər deyildik. Yola çıxarkən içdiyimiz andımızı bir daha xatırladıq. Gördüyümüz işlə o qədər qürur duyurduq ki, yorğunluğumuzu belə umutmuşduq.
Biz 1 Heydər Əlini xilas etmişdik.
Dualarınızı əskik etməyin.
Daha xilas edəcək nə qədər Heydər Əlilərimiz var...
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar zamanı 560 terrorçu zərərsizləşdirilib.
Sevinc Muradxanlı
Miq.Az