Kanada Türkiyəyə silah tədarükünü dayandırır

16-10-2019, 06:03           
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
Kanada Türkiyəyə silah tədarükünün dayandırılması barədə qərar qəbul edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “AFP” agentliyi Kanadanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar rəsmi Ankaranın Suriyada apardığı hərbi əməliyyatın fonunda qəbul olunub. Kanada XİN “Barış pınarı” antiterror əməliyyatını bölgədəki “sabitliyi pozan” hərəkət adlandırıb.

“Bununla əlaqədar Ottava, Türkiyəyə silah ixracına yeni lisenziyaların verilməsini müvəqqəti olaraq dayandırıb” agentlik bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru