Ərdoğanı təhqir edən Trampın elçisi belə qəbul edildi
17-10-2019, 21:08
Ərdoğanı təhqir edən Trampın elçisi belə qəbul edildi - VİDEO Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin köməkçisi Mayk Pensi qəbul edib.
FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, mətbuata qapalı keçirilən görüş 1 saat 40 dəqiqə çəkib.
Pensi Ərdoğanın sarayında onun özü yox, köməkçisi Fuat Oktay qarşılayıb, daha sonra Ərdoğanın otağına qədər müşayiət edib.
Ərdoğanla Pens arasında tərcüməçiliyi prezidentin mətbuat katibi İbrahim Kalın həyata keçirib.
Təkbətək görüşdən sonra heyətlər arasında görüş keçirilib.
Qeyd edək ki, CNN telekanalı bu gün Türkiyə prezidentinin təhqir edildiyini göstərən məktub yaymışdı. Məktub ABŞ prezidenti Donald Tramp tərəfindən Ərdoğana göndərilib və məktubda Tramp ona "axmaqlıq etməməyi" bildirib. Ərdoğanın isə öz növbəsində həmin məktubu zibil qutusuna atdığı bildirilir.