Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19-10-2019, 06:32
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı Suriyanın şimalındakı vəziyyəti müzakirə ediblər.
Trend-in məlumtına görə, bu barədə İran Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, İranın xarici işlər naziri, türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə bölgədəki son hadisələri, xüsusilə Suriyanın şimalındakı vəziyyəti müzakirə ediblər.