Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb

21-10-2019, 05:32           
Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb
Türkiyə Müdafiə Nazirliyi PKK / YPG terrorçularının Suriyanın Türkiyə ilə həmsərhəd olan Ras Al Ayn şəhərindən çıxarılmasını yaxından izləyir.

Trend-in məlumatına görə, bu barədə Nazirlik xəbər verib.

Bildirilir ki, Türkiyə Müdafiə Nazirliyi Türkiyə və ABŞ arasında 17 oktyabr 2019-cu ildə əldə etdiyi razılığa uyğun olaraq, PKK / YPG terrorçularının 120 saat ərzində bölgədən çıxarılmasını yaxından izləyir:

"Bölgədən evakuasiya Amerikalı həmkarları ilə birbaşa əlaqələndirilir".

Bununla yanaşı qeyd olunur ki, bununla əlaqədar təxminən 55 nəqliyyat vasitəsindən ibarət kolonna Ras Al Ayna daxil olub və 86 nəqliyyat vasitəsindən ibarət kolonna Tel Əmir tərəf yola düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru