Suriya tayfalarından Türkiyəyə çağırış: Bu şəhəri azad edin!
21-10-2019, 08:58
Türkiyə ordusunun Menbiçi azad etməsinin istəyirik.
Axar.az xəbər verir ki, bu barədə Suriya Əşirətlər və Qəbilələr Məclisinin bəyanatında deyilir.
Bəyanatda Türkiyənin “Sülh çeşməsi” əməliyyatının dəstəkləndiyi vurğulanır:
“Menbiçin hərbi müxalifətin nəzarətinə verilməsini istəyirik”.
Məclisdə iştirak edən Suriya Milli Ordusunun (SMO) komandanlarından biri Əbu Əli Succo azad edilən bölgəyə girməyə hazır olduqlarını ifadə edib:
“Biz bu torpaqların sahibiyik. Menbiçi yenidən qurmaq istəyirik. Allahın izni ilə Menbiçi və Eyn əl-Ərəbi fəth edəcəyik. Bütün Suriyanı azad edəcəyik”.