Lavrov Türkiyənin “Barış bulağı” hərbi əməliyyatının başa çatdığını bildirib

23-10-2019, 02:49           
Lavrov Türkiyənin “Barış bulağı” hərbi əməliyyatının başa çatdığını bildirib
“Türkiyənin Suriyanın şimal-şərqindəki “Barış bulağı” hərbi əməliyyatları başa çatıb. Bundan sonra hər şey kürd qruplaşmalarının geri çəkilməsindən asılı olacaq”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Əmıliyyatlar başa çatıb. İndi hər şey razılıqların necə icra olunmasında, o cümlədən kürd qruplaşmalarının qüvvələrini geri çəkməsindən asılı olacaq”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı 6 saatdan çox danışıqlar keçirilib. Danışıqların yekunu ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Danışıqların yekunu ilə bağlı birgə Memorandum qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru