Ərdoğanın nüvə açıqlamasına ABŞ-ın cavabı

23-10-2019, 09:02           
Ərdoğanın nüvə açıqlamasına ABŞ-ın cavabı
ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahı ilə bağlı açıqlamasından xəbərdardır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisi Metyu Palmer deyib.

“Biz Ərdoğanın nüvə silahı ilə bağlı açıqlamasından xəbərdarıq. Vurğulamaq istərdim ki, Türkiyə nüvə silahlarının qadağan edilməsi ilə bağlı konvensiyaya qoşulub. MAQATE razılaşması təhlükəsizlik zəmanəti ilə qorunur”, - deyə diplomat "NBC Nyus"a açıqlamasında bildirib.

O, Türkiyənin heç bir vaxt nüvə silahına sahib olmayacağı ilə bağlı üzərinə öhdəlik götürdüyünü vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti açıqlamasında ölkəsinin nüvə silahına sahib olmamasının qəbuledilməz olduğunu demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru