Çavuşoğlu açıqladı: Türkiyə “Barış Pınarı” əməliyyatını dayandırdı

23-10-2019, 15:28           
Çavuşoğlu açıqladı: Türkiyə “Barış Pınarı” əməliyyatını dayandırdı
Türkiyə Suriyanın şimalında aparılan “Barış Pınarı“ antiterror əməliyyatını dayandırıb.
"Yeni Sabah" “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

Çavuşoğlu bununla bərabər, əməliyyatın bitmədiyini və lazım gələrsə ordunun terrorçulara zərbə vurmağa hazır olduğunu qeyd edib:

“Terrorçular peyda olsa, ordumuz onlarla döyüşəcək. Hələ görüləcək çox işlər var. Bu səbəbdən meydanda qalacağıq”.

Xatırladaq ki, oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında Suriyaya dair razılaşma əldə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru