Türkiyədə mətbuat konfransına silahlı basqın - VİDEO

24-10-2019, 08:41           
Türkiyədə mətbuat konfransına silahlı basqın - VİDEO
Klubun keçmiş prezidenti ilə təhlükəsizlik xidmətinin işçiləri arasında yaranan problem əlbəyaxa davaya səbəb olub

Superliqa təmsilçisi "Dənizlispor"un mətbuat konfransında silahlı insident qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisəni komandanın sabiq prezidenti Süleyman Urkay törədib.

Son 6 oyunu qalib gələ bilməyən "Dənizlispor" klubunun rəhbərliyi mətbuat konfransı keçirib. Konfrans zamanı keçmiş rəhbər Süleyman Urkay və iki nəfər zala daxil olmağa çalışıb. Təhlükəsizlik xidmətinin işçiləri ilə aralarında yaranan problem əlbəyaxa davaya səbəb olub. Həmin an gələn şəxslərdən biri silaha əl atıb. Hadisə yerinə gələn polislər hər üç şəxsi saxlayaraq gözaltına alıb.

Qeyd edək ki, "Dənizlispor" Türkiyə superliqasının son turunda "Fənərbaxça" klubuna 1:2 hesabı ilə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru