“Avropanın təhlükəsizliyi bizdən asılıdır” - Ankara Ab-ni Türkiyəyə dəstək verməyə çağırdı

8-11-2019, 21:34           
“Avropanın təhlükəsizliyi bizdən asılıdır” - Ankara Ab-ni Türkiyəyə dəstək verməyə çağırdı
“Suriyada İkinci Dünya Müharibəsindən bu yana ən acınacaqlı humanitar fəlakətin şahidi oluruq”.

Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Rəhbəri Fəxrəddin Altun özünün “Twitter” səhifəsində belə yazıb. Onun sözlərinə görə, böhran Avropa Birliyinin sərhədlərində baş verir. “Bu kritik anda avropalı dostlarımızı və Avropa Birliyini bir daha Türkiyə ilə məsuliyyəti və yükü bölüşməyə çağırırıq” deyən Altun qeyd edib ki, qurum üzvləri verdiyi sözlərə əməl etməli və qaçqın məsələsində Türkiyə ilə razılaşmaya uyğun hərəkət etməlidirlər. Çünki, Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır.\\ATV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru