Putinlə Ərdoğan bunu məmnunluqla qarşıladı

10-11-2019, 10:42           
Putinlə Ərdoğan bunu məmnunluqla qarşıladı
Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, məlumatda liderlərin telefon danışığı zamanı başda enerji və müdafiə sahəsindəki strateji layihələri də daxil olmaqla, bir çox istiqamətdə işbirliyinin inkişaf edirilməsini müzakirə etdikləri qeyd edilib.

“Liderlər “Türk axını” qaz kəmərinin dekabr ayının sonuna kimi istifadəyə veriləcəyini böyük məmnuniyyətlə qarşılayıb", - Kremldən bildirilib.

Bəyan edilib ki, Ərdoğanla Putin Suriya ilə bağlı əldə edilən razılaşmaya əməl etməkdə həmfikir olub.

Qeyd edək ki, liderlər arasında telefon danışığı ötən gün baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru