Türkiyə DİN ölkənin 81 bölgəsində əməliyyat keçirdi:1476 nəfər saxlanılıb

10-11-2019, 21:05           
Türkiyə DİN ölkənin 81 bölgəsində əməliyyat keçirdi:1476 nəfər saxlanılıb
Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən ölkənin 81 bölgəsində “Güvən Dinclik-6” əməliyyatı keçirilib.

Ölkədə sabitliyi və ictimai asayişi qorumaq məqsədilə keçirilən əməliyyatda 69 min 246 polis əməkdaşı iştirak edib. Əməliyyatlar zamanı 699 min 602 nəfər yoxlanılıb. Müxtəlif cinayətlərlə bağlı axtarışda olan 1476 nəfər saxlanılıb.

Yoxlamalar zamanı 13-ü uşaq olmaqla 31 itkin düşmüş hesab edilən şəxs və axtarışda olan 91 avtomobil tapılıb, 10 iş yeri bağlanıb.

Bundan əlavə, əməliyyatlar zamanı çox sayda silah-sursat və narkotik maddə ələ keçirilib. /Azərtac












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru