Ruz təyyarələri daha bir tarixi Azərbaycan şəhərini xarabalığa çevirdi - FOTOLAR

15-12-2015, 11:13           
Ruz təyyarələri daha bir tarixi Azərbaycan şəhərini xarabalığa çevirdi - FOTOLAR
Suriyada Rusiya təyyarələrinin müxaliflərin nəzarətindəki bölgələri bombardman etməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.

ANS PRESS-in məlumatına görə, Rusiya təyyarələri 5 şəhərə bomba yağdırması nəticəsində 81 dinc sakin ölüb, 135-ə yaxın insan isə yaralanıb.

Suriyanın şimalındakı Hələb şəhərində Merce məhəlləsinin bombalanması zamanı 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Bu arada, Rusiya ordusuna məxsus döyüş təyyarələrinin Hələbin şimalındakı Mare rayonunda terror təşkilatı İŞİD terrorçuları ilə cəbhə xəttində yerləşən müxaliflərin qərargahı bombardman edilib.

İki həftə əvvəl isə Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Suriyanın İdlib şəhərində bazarı bombardman edib. Rusiya təyyarələrinin müxaliflərin nəzarəti altında olan Eriha rayonuna bağlı bazarın bombardman etməsi nəticəsində 40 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

Şəhərə çox ciddi maddi ziyanın dəydiyi bildirilir. İŞİD terrorçu qruplaşması ilə mübarizə çərçivəsində Suiyaya gələn Rusiya ordusuna aid döyüş təyyarələri Homs, Hama və İdlib şəhərilərində müxaliflərin nəzarəti altında olan dinc sakinlərin məskunlaşdığı yerlər bombalanır.

Rusiya tərəfi isə iddia edir ki, onlar dinc sakinlərin olduğu bölgələri deyil, İŞİD terrorçularının mövqelərini bombardman edirlər. Rusiya ordusu bu ilin sentyabrın 30-dan Suriya ərazisində İŞİD terrorçu qruplaşmasına qarşı həbri əməliyyatlara başladığını elan edib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.