Türkiyəli nazir azərbaycanlı həkimin bu hərəkətini təxribat adlandırdı

1-02-2020, 16:00           
Türkiyəli nazir azərbaycanlı həkimin bu hərəkətini təxribat adlandırdı
İstanbul Universitetinin Tibb fakültəsinin xəstəxanasına yüksək hərarətlə yerləşdirilən 6 yaşlı çinli uşaqda koronavirus şübhəsinin olması Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən təkzib edilib.

Unikal.org “T24” agentliyinə istinadən xəbər verir ki, hadisəyə səbəb azərbaycanlı qadın həkimin kompüterdə buraxdığı səhv olub.

Məlumatda bildirilib ki, azərbaycanlı həkim köməkçisi xəstəxananın qeydiyyat sisteminə “Ön diaqnoz” yerinə “Dəqiq diaqnoz: Koronavirus” deyə qeyd edib. Halbuki xəstənin üzərində edilən ilk testin nəticəsi neqativ çıxıb.

Səhiyyə naziri Fahrettin Koca azərbaycanlı həkimin törətdiyi bu əməli təxribat alandırıb. "Bu foto ilə qəsdən çaxnaşma yaratmaq üçün ortalığa atıldığı aydındır. Bir daha xatırlatmaq istəyirəm ki, vətəndaşlarımız nazirliyin verdiyi rəsmi açıqlamaları izləməli və digər məlumatlara etibar etməməlidirlər".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru