Azərbaycanda Gül Təkinə abidə ucaldılmalıdır - TƏKLİF

1-02-2020, 20:15           
Azərbaycanda Gül Təkinə abidə ucaldılmalıdır - TƏKLİF
Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tyumbayev: Azərbaycanda da Gültəkin, Tonyükiük abidələri ucaldılmalıdır.



Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tyumbayev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarəti zamanı azsaylı türkdilli xalqların dillərinin qorunması üçün Türkdilli təşkilatların üzərinə böyük məsuliyyət düşdüyünü deyib:



Müstəqilliyimizi qazandıqdan sonra, biz birliyimizi bərpa etməyə başlamışıq. Qazazxıstan artıq son variant latın əlifbasının təkmilləşdirilməsini başa çatdırmaq üzrədir. Əgər latın əlifbasına geçiriksə, oxşar səslərimiz eyni yazılmalıdır. Köklərimiz birdir. Fundamentimizdə oxşar sözlərimiz var ki, onların vasitəsi ilə biz bir-birimizi çox asan anlaya bilirik. Mən belə fikirləşirəm ki, türk mədəniyyəti və abidələri dünyanın hər yerində mövcuddur. Bütün bunları axtarıb tapıb, qorumalıyıq. Gültəkin, Bilgə Xaqan abidələrinin maketi Qazaxıstanda Lev Qumilyev adına Avrasiya Milli Universitetinin girişində dayanır. Beynəlxalq Türk Akademiyasında V-VII əsrə aid olan Məngü Daş abidəsi dayanır. Mən belə hesab edirəm ki, bütün türkdilli dövlətlərdə və eyni zamanda Azərbaycanda da Gültəkin, Bilgə Xaqan , Tonyükiük abidələri ucaldılmalıdır.



Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzərinə çox böyük missiya düşdüyünü Assambleyanın sədr mavini qeyd edib: “ Bİz hər zaman bu təşkilata dəstək verməyə hazırıq. Biz çalışmalıyıq ki, təkcə Türkdilli dövlətlər deyil, bütün türkdilli xalqlar Ağ dənizdən Altaya qədər 200 milyon insanımız bir-birini başa düşsün. Təşkilata üzv ölkələr lar bir-birini dəstəkləsə, biz azsaylı tükənən türk xalqlarını da qoruya bilərik.Bir birimizə dəstək verməsək bağlarımız qırılıb, dillərimiz itəcək. Tofa, şor, karaim, karaçay... türklərinin bizim tükdilli təşkilatların köməyinə ehtiyacları olduğunu unutmamalıyıq. Bu il 10 illiyini qeyd edəcəyimiz Beynəlxalq Türk Akademiyası bu sahədə bir çox uğurlara imza atıb. Mən inanıram ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da türkdilli xalqların mədəniyyəti və irsini qorumaq üçün əlindən gələni əsirgəməyəcək.”./modern.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.