Türkiyə Suriyanın İdlib vilayəti ilə sərhəddə hərbi texnika cəmləşdirir

2-02-2020, 10:14           
Türkiyə Suriyanın İdlib vilayəti ilə sərhəddə hərbi texnika cəmləşdirir
Türkiyə Suriya sərhədinə hərbi texnika karvanı göndərir.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, zirehli texnika və hərbi sursat yüklü maşınlardan ibarət karvan Qaziantepin İslahiyə qəsəbəsinə çatıb.

Hərbi texnika Suriyanın İdlib vilayəti ilə sərhəddə yerləşən Hatay rayonundakı hərbi hissələri gücləndirmək məqsədi ilə göndərilir.

Qeyd edək ki, hazırda Suriyada Bəşər Əsədə sadiq qüvvələr müxaliflərin nəzarətindəki sonuncu ən böyük yaşayış məskəni olan İblib vilayətinə hücum etməkdədir. Bununla əlaqədar Türkiyə ilə sərhəddə evlərini tərk edən yüz minlərlə suriyalı toplaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl Suriya ordusu İdlibə hücumları dayandırmazsa, hərbi müdaxilə planının da masada olduğunu bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.