SON DƏQİQƏ: Rusiya bazasına hücum edildi - Türkiyə ordusu hərəkətə keçdi

2-02-2020, 09:45           
SON DƏQİQƏ: Rusiya bazasına hücum edildi - Türkiyə ordusu hərəkətə keçdi
Türkiyənin dəstəklədiyi Suriya Milli ordusu əl-Bab bölgəsinin cənubunda yerləşən Moskva və Dəməşqin nəzarətindəki Tadif rayonuna daxil olub.

Publika.az xəbər verir ki, onlarla suriyalı hərbçini zərərsizləşdirən müxaliflər, Tadif rayonun cənubunda yerləşən Rusiyaya məxsus təyyarə və helikopterlərin olduğu “Kuveyris” hərbi bazasını raket atəşinə tutub.Tələfat barədə məlumat yoxdur. Hücumdan sonra rusiyalı hərbçilər Tadif rayonundan geri çəkilib.

Hazırda suriyalı müxalif döyüşçülərin Təl Rıfat rayonu istiqamətində irəlilədiyi bildirilir. Məlumata görə, İdlibdə strateji önəmə sahib Marred Numan rayonunu əldən verən müxalif qüvvələr, ərazini geri qaytarmaq üçün irimiqyaslı hücuma hazırlaşır. Qeyd edək ki, İdlibdə Türkiyə ordusunun 10-a qədər hərbi müşahidə məntəqəsi var. İdlibdə döyüşlər intensivləşəndən sonra Türkiyə bölgəyə çox sayda zirehli texnika göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru