Türkiyədə yenidən zəlzələ baş verib. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin seysmoloji idarəsi Manisanın Kırkağac rayonunda 4,4 bal gücündə zəlzələnin baş verdiyi barədə məlumat yayıb. Zəlzələnin yerli vaxtla saat 14:36-da baş verdiyi və yerin 7 km-lik dərinliyində qeydə alındığı vurğulanıb. Hələlik itkilərlə bağlı heç bir məlumat yoxdur.