Çindən gələn azərbaycanlıların olduğu bina mühasirəyə alındı - Polis giriş-çıxışı bağlayıb / VİDEO

3-02-2020, 00:00           
Çindən gələn azərbaycanlıların olduğu bina mühasirəyə alındı - Polis giriş-çıxışı bağlayıb / VİDEO
Çinin Uhan şəhərində koronavirus epidemiyası səbəbiylə təxliyə edilən 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı Ankarada xüsusi hazırlanmış xəstəxanada saxlanılır.

Teref.az xəbər verir ki, ilkin müayinələr zamanı onlarda xoşagəlməz hala rast gəlinməyib.

Vətəndaşlarla yanaşı onların təxliyə prosesində iştirak edən 20 heyət üzvü də nəzarət altında saxlanılır. Məlumata görə, onların saxlanılması üçün Ankarada Zekai Tahir Burak Qadın Sağlamlığı Təhsil və Araşdırma xəstəxanasında bütün təhlükəsizlik tədbirləri görülüb.

Bina xüsusi polis qüvvələri tərəfindən qorunur. Ətraf mühitlə əlaqəsi olmayan binanın havası xüsusi qurğular vasitsəsiylə tənzimlənir. Mühasirəyə alınan binaya giriş-çıxışlara heç bir halda icazə verilmir. Məlumata görə, onlar 14 gün bu şəraitdə qalacaq. Çünki koronavirus ən gec özünü iki həftə ərzində biruzə verir. //Publika.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru