Rusiyadan şok: Türkiyə zərbə endirməyib

3-02-2020, 17:51           
Rusiyadan şok: Türkiyə zərbə endirməyib
Türkiyə İdlibdə keçirdiyi əməliyyatlarla bağlı Rusiyanı xəbərdar etməyib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik məhz bunun ucbatından Türkiyə hərbçilərinin Suriya ordusunun hədəfinə çevrildiyini bildirib.

Moskva həmçinin Türkiyə təyyarələrinin Suriya sərhədini pozmadığını və Suriya ordusuna hansısa hücum təşkil etmədiyini bəyan edib.

Qeyd edək ki, Suriya rejim qüvvələrinin türk ordusuna hücumu nəticəsində 4 əsgər şəhid olub, 9-u yaralanıb. Türkiyə lideri Ərdoğan cavab zərbəsi ilə 46 rejim əsgərinin məhv edildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru