“Əgər Ərdoğan Putinlə İdlib barədə danışmaq istəsə” - Peskov
4-02-2020, 00:00
Rusiya terrorçu qruplaşmaların İdlibdə davam edən fəallığından narahatlıq keçirir. Bu barədə fevralın 3-də keçirdiyi mətbuat konfransında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Biz, əvvəlki kimi, Suriyanın bu bölgəsində terrorçu qrupların davam edən fəallığından dolayı narahatlığımızı saxlayırıq” - Kremlin nümayəndəsi bildirib.
O, həm də qeyd edib ki, Rusiya və Türkiyə hərbçiləri İdlibdəki vəziyyətlə bağlı daim təmasdadırlar.
Peskov qeyd edib ki, İdlibdə baş vermiş insidentdən sonra prezidentlər Vladimir Putin və Rəcəb Ərdoğan telefon danışığı aparmayıblar, amma liderlər istəsələr, onu tezliklə razılaşdırarlar.