Yaxın Şərqdə müharibələrə səbəb olan kəşf

16-12-2015, 12:45           
Yaxın Şərqdə müharibələrə səbəb olan kəşf
Yaxın Şərqdə baş verən böhranın adı “Suriya vətəndaş müharibəsi” yox, “Aralıq dənizi müharibəsi”dir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Kamal Öztürk öz köşəsində yazıb.

Müəllif onlarla ölkənin döyüş gəmiləri və təyyarələrinin Şərqi Aralıq dənizinə yığılmasının gerçək səbəbini açıqlayıb:

“ABŞ Geoloji Araşdırma Mərkəzinin 2013-ci ildə açıqladığı hesabata görə, Şərqi Aralıq dənizində 3 trilyon 450 milyard kubmetr təbii qaz ehtiyatı var. Qaz ehtiyatı İsrailin Hayfa, Tamar, Leviatan, Misirin Zöhr (Sina yarımadası), Kipr və Suriyanın Latakiya şəhərləri arasındakı bölgədədir. Bu, regionun xəritəsini dəyişdirməyə yetəcək qədər böyük miqdardır. Eyni zamanda, Şərqi Aralıq dənizində neft ehtiyatlarının da olduğu güman edilir. Dünya bu bölgənin neft-qazına möhtacdır. Şərqi Aralıq dənizinin neft-qaz ehtiyatları o qədər zəngindir ki, hər kəs bu xəzinədən payını almaq üçün döyüş gəmilərini, təyyarələrini və əsgərlərini bölgəyə göndərir. Latakiyadakı Bayırbucaq türkmanları kəşf edilən qaz yataqlarının qurudakı ən strateji nöqtəsində yerləşirlər. Rusiya buranı bombalayıb, türkmanları köçə məcbur etməklə Bəşər Əsəd üçün qurulması planlaşdırılan Latakiyadakı mini dövlət içərisində onların söz sahibi olmalarının qarşısını almaq istəyir. Bütün bu baş verənlər enerji, yəni “Aralıq dənizi müharibəsi”dir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.