Yaşlılar oturmasın deyə oturacaqları sökdülər - VİDEO

19-03-2020, 18:08           
Yaşlılar oturmasın deyə oturacaqları sökdülər - VİDEO
Türkiyədə koronavirusa yoluxanların sayının 191 nəfər olduğu bildirilir.

Bütün xəbərdarlıqlara baxmayaraq bəzi yaşlılar evlərindən çıxır, toplu halda vaxt keçirirlər.

Unikal.org xəbər verir ki, Türkiyənin Dənizli əyalətində bələdiyyə xəbərdarlığa əməl etməyən yaşlılar üzündən fərqli addım atmağa başlayıb.

Belə ki, bələdiyyə üzvləri parklardakı skameykaları yığışdırmağa başlayıb. Hətta əyalətdəki "Bayram Yeri Meydanı"nda olan bütün skameykalar sökülüb.

Ümumilikdə həmin əyalətdə 20 skameykanın söküldüyü bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.