Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən prezident seçkilərində qalib gələn Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.
Axar.az xəbər verir ki, Ərdoğan təbrik məktubunda Belarus xalqının Lukaşenkoya verdiyi dəstəkdən də söz açıb.
"Bildirmək istərdim ki, ölkələrimiz arasındakı münasibətlər və sıx əməkdaşlıq qarşılıqlı hörmət və qarşılıqlı maraqlara söykənərək bütün sahələrdə birgə səylər sayəsində inkişaf edəcək", - Ərdoğan məktubunda vurğulayıb.