Ərdoğan Qətər əmiri ilə görüşdü: 10 sənəd imzalandı

27-11-2020, 00:05           
Ərdoğan Qətər əmiri ilə görüşdü: 10 sənəd imzalandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında görüş baş tutub.

Teref.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qətər Ali Strateji Komitəsinin 6-cı toplantısı üçün Türkiyədə səfərdə olan Qərət əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə birlikdə Millət Kitabxanasını ziyarət edib”, – məlumatda qeyd olunub.

Qətər ilə Türkiyə Respublikası arasında Yüksək Strateji Komitəsinin altıncı iclası keçirilib.

Sonra Türkiyə ilə Qətər arasında ayrı-ayrı sahələrə dair əməkdaşlığı əhatə edən on sənəd imzalanıb.

Razılaşmaya əsasən Qətər Türkiyə iqtisadiyyatına 300 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru