Sünni alimi Kuytul: "Şiəyə kafir deyən Amerika casusudur"

1-02-2016, 16:32           
Sünni alimi Kuytul: "Şiəyə kafir deyən Amerika casusudur"
Amerikanın layihəsi şiə-sünni-müharibəsidir. Biz əgər bir-birimizə kafir deyərsək, bu Amerikanın işinə gələr. FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Türkiyənin hənəfi məzhəbindən olan tanınmış din xadimi Arpaslan Kuytul deyib.

«Biz əhli-sünnətik, amma şiələri kafir görə bilmərik. Şiənin imamlarından İmam Cəfəri Sadiq bizim bizim İmamımız Əzəm əbu Hənifənin müəllimi olub, 2 il ona dərs deyib. İmam Əzəm deyibö ki, həmin iki il olmasaydı, mən məhv olardım» - deyə ruhani vurğulayıb. Onun sözlərinə görə, hər iki məzhəb imanın əsaslarını qəbul etdiyi üçün bir-birinə kafir deyilməsi düzgün deyil və bu, ABŞ-ın oyunudur.

«Biz bu oyunu pozmaq üçün bütün müsəlmanları qardaş olaraq görməliyik. Kim bu zamanda şiə-sünni məsələsi salırsa, Amerikanın çörəyinə yağ çəkir, bəlkə də ABŞ-ın cəsusudur», - deyə Arpaslan Kuytul son olaraq bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru