Kiçik bir qəsəbədə dəfn olunacaq - Yeri özü seçib

Bu gün, 10:44           
Kiçik bir qəsəbədə dəfn olunacaq - Yeri özü seçib
Məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi Corco Armani Piaçenza yaxınlığındakı Rivalta qəsəbəsində valideynləri və qardaşının yanında ailə məzarlığında dəfn olunacaq.

Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Rivalta bir neçə onlarla sakini olan kiçik bir qəsəbədir, orta əsr qalası, yerli əlamətdarlığı ilə məşhurdur. Modelyer uşaqlığını orada keçirib və oradakı qohumlarının məzarını ziyarət edib. Göstərildiyi kimi, dəfn yerini özü seçib.

Dəfn mərasimi onun xahişi ilə 20-dən çox olmayan ən yaxın adamının iştirakı ilə özəl olaraq, sentyabrın 8-də keçiriləcək. Onun dəfn günü matəm elan ediləcək.

Qeyd edək ki, “Armani” şirkətinin təsisçisinin 12,1 milyard dollar sərvəti var idi. Onun sərvətinin kimə nəsib olacağı sual olaraq qalır.

Xatırladaq ki, C.Armani həyatı boyu ailə həyatı qurmayıb və övladları yoxdur.


Mənbə: qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru