Rəsmi Ankara Rusiya ilə “Türk axının”ı müzakirə etməyə hazırdır

2-02-2016, 09:13           

Rəsmi Ankara, əvvəlki kimi, “Türk axını”nı kommersiya layihəsi kimi dəyərləndirir və razılaşmanın detallarına dair danışıqların keçirilməsinin tərəfdarıdır.

APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə Türkiyənin Vaşinqtondakı diplomatik missiyası rəhbərinin müavini Tuqay Tuncer bildirib.

“Biz hələ də “Türk axını”nı kommersiya layihəsi kimi dəyərləndiririk. Əgər Rusiya danışıqlar aparmaq istəyirsə, biz bütün müzakirələrə açığıq. Tərəflər masa arxasına əyləşərək razılaşmanın detalları ətrafında müzakirələr apara bilərlər. 10 il əvvəl “Mavi axın”ına dair olduğu kimi”, deyə diplomat vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını”nın reallaşdırılması ilə bağlı iki ölkə arasında hökumətlərarası danışıqların dayandırılmasını bəyan etmişd












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru